Zelenski Rusiyaya qarşı müharibənin ləng irəlilədiyini etiraf etdi
    • 9-08-2023, 15:51
    • 242

Zelenski Rusiyaya qarşı müharibənin ləng irəlilədiyini etiraf etdi

Ukrayna prezidenti Vladimir Zelenski yazda Rusiyaya qarşı başlatdıqları hücumun “çətin” və “ləng” olduğunu bildirib.

News24.az
xəbər verir ki, Ukrayna prezidenti Vladimir Zelenski Latın Amerikası mediasına müsahibəsində cari məsələlərlə bağlı açıqlamalar verib.

Ukrayna ordusunun daha əvvəl də Rusiya hərbi qüvvələrinə qarşı əks-hücum təşkil etdiyinə diqqət çəkən Zelenski Ukrayna ordusunun daha əvvəl də Rusiya hərbi qüvvələrinə qarşı əks-hücum təşkil etdiyinə diqqət çəkən Zelenski, “Hücum çətindir və yəqin ki, kiminsə istədiyindən daha yavaş irəliləyir” deyib.

Əllərindəki silahların qeyri-kafi olduğunu və buna görə də döyüşməyin “çox çətin” olduğunu bildirən Zelenski Rusiyanın Ukrayna ərazisini tərk etməli olduğunu vurğulayıb.

Zelenski, "Ukrayna Rusiya torpaqlarında müharibəni davam etdirməyi planlaşdırmır. Bizim heç vaxt belə bir hədəfimiz olmayıb. Biz öz torpaqlarımızı işğaldan xilas edəcəyik" deyib.

Ukraynada sülhün bərqərar olması üçün bir düstur hazırladıqlarını vurğulayan Zelenski, "Bu düstur Ukraynada sülhün bərqərar olması üçün ən doğru və yeganə diplomatik yoldur" dedi. 

Zelenski bildirib ki, bu düstur dünyada mövcud olan problemlərin həlli prosesində istifadə oluna bilər.