“Azərbaycan bu dəfə məni tələb edəcək” - Akopyan
    • 30-09-2023, 19:23
    • 834

“Azərbaycan bu dəfə məni tələb edəcək” - Akopyan

“Bilirəm ki, Azərbaycan məni tələb edəcək. Ola bilər ki, Ermənistan rəhbərliyi məni ekstradisiya etməyə çalışsın, lakin buna nail ola bilməyəcəklər”.

News24.az erməni mətbuatına istinadla xəbər verir ki, bunu Ermənistan silahlı qüvvələrinin Baş Qərargahının keçmiş rəisi, keçmiş baş hərbi inspektor, general-polkovnik Movses Akopyan deyib.

Akopyan Azərbaycanın növbəti tələb edəcəyi şəxsin o  olacağını bildirib.

Qeyd edək ki, Akopyan Azərbaycanın Xocavənd rayonunda anadan olub. 2007-2015-ci illərdə qondarma separatçı rejimin “müdafiə naziri” vəzifəsində “işləyib”.

Bundan başqa, Akopyan həm də Ermənistan Təhlükəsizlik Şurasının hazırkı katibi Armen Qriqoryanın əmisidir. O, sonuncu dəfə Ermənistan Müdafiə Nazirliyinin hərbi nəzarət xidmətinin rəhbəri vəzifəsində çalışıb və baş nazir Nikol Paşinyanla münaqişələrə görə istefa verib.

Ayşən