-
- 30-09-2023, 20:59
- 208
ABŞ hökuməti fəaliyyətini dayandıra bilər
Ağ Evin Mətbuat Xidməti ABŞ federal hökumətinin öz fəaliyyətini dayandırması ehtimalından bir gün əvvəl “X” sosial şəbəkəsində (keçmiş “Twitter”) bu anın yaxınlaşması barədə hər saat məlumat verməyə başlayıb.
New24.az TASS-a istinadən xəbər verir ki, ABŞ administrasiyası baş verə biləcək hala görə Nümayəndələr Palatasına nəzarət edən respublikaçıları günahlandırır. Sonuncular isə yalnız dövlət xərclərinin əhəmiyyətli dərəcədə azaldılması halında hökumətin maliyyələşdirilməsinin uzadılmasını təsdiqləməyə razılaşırlar.
Qeyd edək ki, ABŞ-də cari maliyyə ili Bakı vaxtilə bazar günü 08:00-da bitəcək. Hökumətin bağlanmasının qarşısını almaq üçün Konqres həmin vaxtadək prezident Co Baydenin imzalayacağı maliyyələşməni uzatma təşəbbüsünü qəbul etməlidir.
Hökumətin öz işini dayandırması maaşların ödənilməməsinə, məcburi ödənişsiz məzuniyyətlərə və yüz minlərlə dövlət qulluqçusunun işdən çıxarılmasına, eləcə də bir çox dövlət proqramlarının dayandırılmasına səbəb ola bilər. Hazırda heç bir qanunvericilik palatası hökumətin maliyyələşdirmə müddətinin uzadılmasını təsdiq etməyib.