-
- 1-10-2023, 21:30
- 556
“Araz-Naxçıvan” lider "Zirə"ni məğlub ETDİ
Oktyabrın 1-də “Araz-Naxçıvan” – “Zirə” oyunu ilə futbol üzrə Azərbaycan çempionatının VIII turuna yekun vurulub.
News24.az xəbər verir ki, “Dalğa Arena”da keçirilən görüşdə Naxçıvan təmsilçisi minimal hesabla qalib gəlib. Oyunda yeganə qolu 78-ci dəqiqədə Nuno Rodrigez vurub.
Bu gün Gəncə şəhər stadionunda oynanılan “Kəpəz” – “Qəbələ” matçında isə qonaqlar qalib gəliblər – 0:1. “Qəbələ”nin heyətində Bilel Auaşeriya 52-ci dəqiqədə adını tabloya yazdırıb.
Turun əvvəlki görüşlərində aşağıdakı nəticələr qeydə alınmışdı:
“Qarabağ” – “Sumqayıt” – 5:0;
“Turan Tovuz” – “Neftçi” – 0:1;
“Səbail” – “Sabah” – 2:2.
Səkkiz turdan sonra “Zirə” və “Qarabağ” 16 xalla çempionatda liderliyi bölüşürlər. “Səbail” 14 xalla üçüncü, “Araz-Naxçıvan” 13 xalla dördüncü, “Neftçi” isə 12 xalla beşinci sırada qərarlaşıb. “Turan Tovuz”un 11, “Sumqayıt”ın 8 (bir oyun az keçirib), “Qəbələ”nin 7, “Sabah”ın 6, (bir oyun az keçirib), “Kəpəz”in isə 5 xalı var.