"Vaqner" geri qayıdır? -Yeni rəhbəri o olacaq
    • 2-10-2023, 10:07
    • 150

"Vaqner" geri qayıdır? -Yeni rəhbəri o olacaq

“Vaqner” silahlı dəstələri  Yevgeni Priqojinin oğlunun rəhbərliyi altında yenidən Ukraynanın müharibə zonasına qayıda bilər.

News24.az xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.

Priqojinin bütün aktivlərinin yeganə varisi onun "Vaqner"də, o cümlədən Ukrayna müharibəsində xidmət təcrübəsi olan oğlu Pavel idi.

Mənbənin sözlərinə görə, hazırda Pavel Priqojin birbaşa müqavilələr imzalamadan “Vaqner”in Şimal Hərbi Dairəsinin zonasına qaytarılması üçün “Rosqvardiya” ilə özəl şərtlərlə danışıqlar aparır.

İlkin razılaşmaya görə, "Vaqner" adı, simvolları, ideologiyası, komandirləri, idarəetmə və fəaliyyət prinsipi olaraq qalır.

Ayşən