"Priqojinin ölümündə Putindən çox O MARAQLI OLA BİLƏRDİ
    • 28-08-2023, 11:18
    • 197

"Priqojinin ölümündə Putindən çox O MARAQLI OLA BİLƏRDİ"

“Rusiya Müdafiə Nazirliyi “Vaqner” qrupunun lideri Yevgeni Priqojinin ölümündə Prezident Vladimir Putindən daha çox maraqlı ola bilərdi”.

News24.az xəbər verir ki,  bu barədə ABŞ-ın Müharibə Araşdırmaları İnstitutu (ISW) bildirib.

Amerikalı analitiklər hesab edirlər ki, Rusiya MN (xüsusən də müdafiə naziri Sergey Şoyqu və Baş Qərargah rəisi Valeri Gerasimov) “Vaqner” və onun liderinin məhvində Putindən daha çox maraqlı ola bilərdi.

Rus mənbələri iddia edirlər ki, Rusiya Müdafiə Nazirliyi Priqojinin ölümündən əvvəl “Vaqner”in Yaxın Şərq və Afrikada fəaliyyətinin dayandırılması üçün tələblər irəli sürüb. Rusiya MN “Vaqner”ə birbaşa təzyiq göstərməkdən çəkinib. Amma Yaxın Şərq və Afrikanın bir sıra ölkələrinə “Vaqner”lə əlaqələrini kəsmək üçün təzyiq göstərib.

ISW-nin ehtimalına görə, bu, Putinin “Vaqner”in ləğvi prosesinə cavabdeh olmadığını, amma bunun məsuliyyətini MN-a həvalə etdiyini göstərə bilər.


Ayşən