80 yaşlı qadının, 14 yaşlı məktəblinin qətlinə görə cavab verəcək...
    • 2-10-2023, 14:52
    • 363

80 yaşlı qadının, 14 yaşlı məktəblinin qətlinə görə cavab verəcək...

Qanunsuz erməni silahlı birləşmələrinin üzvləri tərəfindən 22 dekabr 1991-ci il tarixdə Xocalı rayonunun Meşəli kəndində azərbaycanlılara qarşı soyqırımın iştirakçısı kimi həbs edilən Xaçaturyan Vaqif Çerkezoviçin cinayət işi üzrə 59 nəfər zərərçəkən kimi tanınıb. 

News24.az Qaynarinfo-ya istinadən xəbər verir ki, zərçəkmişlərdən biri Xudayarova Sürəyya Aliş qızıdır. O, Xocalının Meşəli kəndindəndir. Heç kimə rəhm etməyən erməni separatçıları kəndin ən yaşlı sakini olaraq onu da qətlə yetiriblər. Həmin vaxt Sürəyya Xudayarova 80 yaşında olub.

14 yaşlı, 7-ci sinif şagiridi Allahverdiyev Vidadi Müsül oğlu isə məktəbin içində yandırılıb. 

Vaqif Xaçaturyan 1991-ci ildə Xocalının Meşəli kəndində, Xocalı soyqrımında erməni terorçuları tərəfindən Kazımov Xəlil Mahmud oğlu, Quliyev Mətləb Qənimət oğlu, Quliyeva Ruba Nağı qızı, Quliyev Qənimət Əbi oğlu, Quliyev İsmayıl Qənimət oğlu, Əzimov Tahir Eyyub, Nurməmmədov Pakizə İslam qızı, Nurməmmədov Hüseyn Rza oğlu, İbadullayev Nadir Nəbi oğlu, Novruzova Rübabə Novruz qızı, Mehralıyev Əli Mürsəl oğlu, Qasımov Ənvər Bahadur oğlu, Hümbətov Bəhlul Müseyib oğlu, Novruzova Rahilə Novruz qızının amansızlıqla qətlə yetirilməsinə görə də məhkəmədə ifadə verəcək. 

Meşəli kəndində erməni terroçuları ilə döyüşdə şəhid olan vətəndaşlarımız da var. Onlardan biri Əyyubov Kamil Baba oğludur. O, 1991-ci ildə Milli Orduya ilk üzv yazılan gənclərdən biri olub. Kamil Əyyubov həmin il dekabrın 20-də Əskəran rayonunun Meşəli kəndinə göndərilib. 

Dekabrın 23-də səhər saatlarında ermənilərlə ordunun 10 əsgəri və kənd sakinləri arasında ölüm-dirim savaşında iştirak edib. Kamil döyüş meydanında bir neçə ermənini öldürüb və bu zaman düşmən tərəfindən pulemyot atəşinə tutulub, nəticədə ağır yaralanıb. Yaralı əsgəri həkimə çatdırsalar da, xeyli qan itirdiyi üçün həyatını xilas etmək mümkün olmayıb və şəhidlik zirvəsinə ucalıb. Kamil Əyyubov 1991-ci il dekabrın 26-da Bakıda Şəhidlər Xiyabanında dəfn edilib. 

Milli Qəhraman Ağayev Faiq Alış oğlu da 1991-ci il 23 dekabr tarixində Xocalı rayonunun Meşəli kəndi erməni silahlılarının hücumuna məruz qalıb. Erməni quldurları günahsız, silahsız insanları körpələrə, yaşlılara məhəl qoymadan onları vəhşicəsinə qətlə yetirib. Bu zaman azərbaycanlı hərbçilər yerli əhalini xilas etməyə çalışıb. Uçurulmuş evlərdən birini özünə istehkam seçən Faiq də onıardan biri olub. O, dəqiq atəşlərlə azğınlaşmış erməni quldurlərını məhv edib. Faiq düşmənin atəşini özünə cəlb etməklə onlarla qadını, uşağı xilas etməyə nail olub.

Milli Qəhraman Rüstəmov Hidayət Eldar oğlu 23 dekabr 1991-ci ildə Meşəlidə şəhidlik zirvəsinə ucalıb.  Həmin gün Meşəli kəndinə hücum edərək ağılasığmaz vəhşiliklər törədən erməni quldurları ilə döyüşmək üçün boş evlərin birini özünə istehkam seçən cəsur polis çavuşu Hidayət qəfil sərrast atəşlərlə terroçuların xeyli qüvvəsini məhv edib. Erməni faşistləri evə od vurub. Azərbaycan döyüşçüsü isə son nəfəsinə qədər vuruşub və qəhrəmancasına həlak olub.

Vaqif Xaçaturyan bu olaylara görə də cavab verməli olacaq. 

Onun terror fəaliyyətinə görə Xocalı Rayon İcra Hakimiyyəti də zərərçəkmiş qismində tanınıb.

Xatırladaq ki, Vaqif Xaçaturyanın cinayət işinin ibtidai istintaqı başa çatıb. İş baxılması üçün Bakı Hərbi Məhkəməsinə göndirilib. Cinayət işinin məhkəmə istintaqı Camal Ramazanovanın sərliyi ilə aparılacaq.