Yevlaxda aşan "Porsche"dəki xanımların kimliyi məlum oldu
    • 2-10-2023, 16:20
    • 798

Yevlaxda aşan "Porsche"dəki xanımların kimliyi məlum oldu

Daxili İşlər Nazirliyi Yevlax rayonu ərazisində  "Porsche" markalı avtomobilin qzxa törətməsi barədə məlumat yayıb. 

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupunun baş inspektoru, polis kapitanı Aslan Qiyaslı News24.az-a bildirib ki, bu gün saat 13 radələrində Xaldan-Şəki-Zaqatala yolunun Yevlax rayonu ərazisindən keçən hissəsində Bakı şəhər sakini S.İbrahimova "Porsche" markalı avtomobillə hərəkət olarkən idarəetməni itirərək nəqliyyat vasitəsini yolun kənarına aşırıb. Nəticədə avtomobildə olan iki sərnişindən biri A.Məmmədzadə  xəsarətlər alaraq xəxtəxanaya çatdırılıb.

Faktla bağlı araşdırma aparılîr.

Samir Əli