Nigar Camalın Mədət Quliyevin oğlunu çəkdiyi klipi – VİDEO
    • 18-03-2019, 21:33
    • 4 952

Nigar Camalın Mədət Quliyevin oğlunu çəkdiyi klipi – VİDEO

Müğənni Nigar Camal “Get həyatımdan” adlı mahnı və klipini təqdim edib. News24.az xəbər verir ki, ekran işində Dövlət Təhlükəsizlik Xidmətinin (DTX) sədri, general Mədət Quliyevin oğlu Murad Qulubəyli rol alıb.

Təqdimat zamanı Nigar Camal ekran işində M.Qulubəylinin çəkilməsinə aydınlıq gətirib: “Murad ağıllı, xarizmatik, yaraşıqlı, istedadlı biridir. Təklif mən tərəfdən irəli sürülüb. Çəkilişlərimiz təxminən bir gün davam edib”.

Ekran işinin rejissoru Orxan Abrahamov çəkiliş prosesindən danışıb: “Çəkiliş zamanı Nigar bizi cəmi beş saat incitmədi. Sonra kaprizlər başladı. Murad bəyə gəldikdə isə ilk işinin olmasına baxmayaraq heç bir çətinliyimiz olmadı”.

Murad Qulubəyli aktyorluq karyerasına davam edəcəyini açıqlayıb. O, atasının bütün işlərində ona dəstək olduğunu da deyib.

Təqdimat mərasimində Dövlət Təhlükəsizlik Xidmətinin sədri, general Mədət Quliyev də iştirak edib.

Görüntüləri təqdim edirik:

Teymur MƏMMƏDOV
Video: Fərid ŞABANOV