Koronavirus Azərbaycanda daha 11 can ALDI
    • 2-10-2023, 19:23
    • 286

Koronavirus Azərbaycanda daha 11 can ALDI

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına son 1 həftədə (25.09.2023-01.10.2023) 380 yeni yoluxma faktı qeydə alınıb, 211 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan News24.az-a verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 11 nəfər vəfat edib.

Azərbaycanda indiyədək ümumilikdə 833 189 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 822 484 nəfər müalicə olunaraq sağalıb, 10 332 nəfər vəfat edib, aktiv xəstə sayı 373 nəfərdir.

Ölkədə son həftə ərzində 3 856, hazırkı dövrədək isə 7 688 073 test aparılıb.