-
- 2-10-2023, 19:33
- 405
Tanınmış müğənninin gözəllik salonuna ATƏŞ AÇILDI
Türkiyənin tanınmış müğənnisi Banu Parlakın gözəllik salonuna hücum edilib.
News24.az Lent.az-a istinadən xarici KİV-ə istinadən xəbər verir ki, ötən gecə saat 02 radələrində müğənni Banu Parlakın İstanbulun Bahçeşehir qəsəbəsindəki gözəllik mərkəzini motosikletli iki nəfər atəşə tutub.
Səhər saat 05 radələrində isə gözəllik mərkəzində növbəti hücum baş verib. Bu hücumda 4 güllə mərkəzin şüşələrinə dəyib. Banu Parlak bildirib ki, Dilan Polat hadisədən əvvəl ona zəng edərək hədələyib:
“Hadisədən əvvəl Dilan Polat mənə zəng etmişdi. Dedi ki, Sılanı həbsxanaya salıblar, Engini də, məni də aparacaqlar, bizim haqqımızda paylaşım etmə, uşağın var, bunu etmə deyib hədələdi”.
Qeyd edək ki, Banu Parlak günlər öncə sosial mediada video paylaşaraq Dilan Polatın onu təhdid etdiyini bildirib: "Mənə bir şey olsa, Dilan Polat və Engin məsuliyyət daşıyır".