ABŞ Çinə xəbərdarlıq etdi: oktyabrın əvvəlində...
    • 3-10-2023, 10:37
    • 246

ABŞ Çinə xəbərdarlıq etdi: oktyabrın əvvəlində...

Vaşinqton Pekinə süni intellekt sistemləri üçün çiplər, eləcə də inteqral sxemlərin istehsalı alətləri üzrə Çinə ixrac nəzarətinin yeni sərtləşdirilməsi planları barədə məlumat verib.

News24.az xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.

Çinə qarşı milli ixrac nəzarəti rejimini sərtləşdirən bu qaydalar oktyabrın əvvəlində qüvvəyə minə bilər.

2022-ci ilin oktyabrında ABŞ 28 Çin texnoloji şirkətinin bütün dünyada Amerika texnologiyasından istifadə etməklə istehsal olunan yarımkeçirici çiplərə çıxışını məhdudlaşdırmaq qərarına gəlib. Siyahıya, digər şeylərlə yanaşı, Dahua Technology Co. və süni intellekt və nitqin tanınması şirkəti iFLYTEK daxildir. Bu, mahiyyət etibarilə, müasir mikrosxemlərin istehsalı üçün tamamilə Çinə məxsus olan bir neçə fabrikə avadanlıqların verilməsi qadağadır.

Ayşən