Süni intellekt 10-15 il sonra insanı əvəz edəcək
    • 17-09-2019, 20:28
    • 1 376

Süni intellekt 10-15 il sonra insanı əvəz edəcək

Süni intellekt sistemləri 10-15 il sonra insanı əvəz edəcək.
News24.az lenta.ru saytına istinadla xəbər verir ki, bunu Qabaqcıl Tədqiqatlar Fondunun informasiya araşdırmaları istiqamətinin direktoru Serqey Qarbuk bildirib.
Alim artıq məsələlərin həllinin effektivliyi üzrə insandan geri qalmayan süni intellekt sistemlərinin (məsələn, sifətin və insan səsinin tanınması) yaradıldığını söyləyib.
Almaniyanın Passau Universitetində mürəkkəb intellektual sistemlər kafedrasının rəhbəri Born Şuller süni intellektin 10 il sonra şeir yaza biləcəyini qeyd edib.