-
- 3-10-2023, 12:15
- 367
"Qeyri-qanuni erməni silahlılarının tərk-silah prosesi yekunlaşıb" - Ceyhun Bayramov
Qeyri-qanuni erməni silahlı qüvvələrinin tərk-silah prosesi yekunlaşır.
News24.az xəbər verir ki, bu barədə Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Latviya Respublikasının Azərbaycan Respublikasındakı yeni təyin edilmiş səfiri Edqars Skuyanı qəbul edərkən deyib.
Nazir ərazilərimizin 30 ilə yaxın müddətdə işğalı, post-münaqişə dövründə bölgədə mövcud vəziyyət, Azərbaycan və Ermənistan arasında normallaşma prosesi,habelə ölkəmizin sülh və quruculuq səyləri barədə qarşı tərəfi ətraflı məlumatlandırıb.
30 illik işğal dövründən qalma qeyri-qanuni erməni silahlı qüvvələrinin Azərbaycan tərəfindən aparılan antiterror tədbirləri nəticəsində bölgədən çıxarıldığı, hazırda isə onların tərk-silah prosesinin yekunlaşdığı diqqətə çatdırılıb.
Qanunsuz erməni silahlı qüvvələrinin varlığına son qoyulmasının öz növbəsində həm Azərbaycan və Ermənistan arasında sülh prosesi, həm də Qarabağ bölgəsində yaşayan erməni sakinlərlə reinteqrasiya prosesinin irəlilədilməsi üçün imkanlar yaratdığı, bu xüsusda, Azərbaycanın hər iki istiqamət üzrə səyləri gücləndirməkdə qərarlı olduğu diqqətə çatdırılıb.