"Araik Nikolla məsləhətləşdikdən sonra gedib" - Minasyan
    • 3-10-2023, 17:48
    • 238

"Araik Nikolla məsləhətləşdikdən sonra gedib" - Minasyan

Keçmiş baş separatçı Araik Arutyunyan vəziyyəti əvvəldən bildiyi üçün "hakimiyyət"dən uzaqlaşıb.

News24.az “Factor.am”a istinadla xəbər verir ki,  bu barədə Ermənistan parlamentinin deputatı Artsvik Minasyan bildirib.

Onun sözlərinə görə, Arutyunyan  Ermənistan Baş naziri Nikol Paşinyanla məsləhətləşdikdən sonra bu addımı atıb.

“Sizin Araik Arutyunyanınız neçə dəfə qaçmağa cəhd edib, “hakimiyyət”dən də Nikolla əməkdaşlıq edərək gedib. O, cəhd etdi və getdi”, - Minasyan deyib.

Ayşən