-
- 3-10-2023, 18:11
- 457
Ermənistanın ratifikasiya qərarına Volodindən SƏRT REAKSİYA
“Ermənistan strateji baxımdan səhv qərar verib”.
News24.az xəbər verir ki, bu barədə Rusiya Dövlət Dumasının spikeri Vyaçeslav Volodin Ermənistanın Beynəlxalq Cinayət Məhkəməsinin Roma Statutunu ratifikasiya etməsi ilə bağlı özünün Teleqram kanalında yazıb.
“İrəvan Roma Statutunu ratifikasiya edib. Bu, düşünülməmiş, strateji cəhətdən düzgün olmayan, Ermənistan və onun vətəndaşları üçün problem yaradacaq qərardır. İstənilən qərarı və hər şeyi izah etmək olar, amma bunu qəbul edənlər əvvəlcə “Niyə?” deyə cavab verməlidirlər”, - Volodin qeyd edib.
Rusiya Dövlət Dumasının rəhbəri əlavə edib ki, bu addım Rusiya və Ermənistan xalqının seçiminə ziddir.
Akqabay