Müttəfiqlər Ukraynaya dəstəyi müzakirə ETDİLƏR
    • 3-10-2023, 21:01
    • 171

Müttəfiqlər Ukraynaya dəstəyi müzakirə ETDİLƏR

ABŞ Prezidenti Co Bayden tərəfdaşları və müttəfiqləri ilə Ukraynaya dəstək mövzusunda görüş keçirib.

News24.az  CNN telekanalına istinadla xəbər verir ki, bu barədə Ağ Evin və Polşa prezidenti Anjey Dudanın ofisinin bəyanatında deyilir.

“Bu səhər prezident Bayden bizim Ukraynaya davamlı dəstəyimizi koordinasiya etmək üçün müttəfiqləri və tərəfdaşları ilə görüşüb”, - bəyanatda deyilir.

İclasda Kanada, İtaliya, Yaponiya, Böyük Britaniyanın baş nazirləri, Avropa Komissiyasının rəhbəri, Avropa Şurasının sədri, Almaniya kansleri, Polşa və Rumıniya prezidentləri, NATO-nun baş katibi və Fransanın xarici işlər naziri iştirak ediblər.