"Ukraynaya dəstəyi dayandıra bilmərik" - Bayden
    • 1-10-2023, 09:48
    • 277

"Ukraynaya dəstəyi dayandıra bilmərik" - Bayden

ABŞ Ukraynaya yardımı davam etdirməlidir.

New24.az xarici KİV-ə istinadən xəbər verir ki, bunu ABŞ prezidenti Co Bayden Konqresin müvəqqəti hökumətin maliyyələşdirilməsi ilə bağlı qanun layihəsinin qəbulunu şərh edərkən deyib.

Ağ Evin yaydığı bəyanatda prezident deyib: “Biz heç bir halda Amerikanın Ukraynaya dəstəyinin dayandırılmasına icazə verə bilmərik. Konqresin böyük əksəriyyətinin Ukraynaya dəstəyində sarsılmaz olmasına baxmayaraq, bu dəstəyi davam etdirmək üçün yeni maliyyə vəsaiti yoxdur”.

Bayden ümid etdiyini bildirib ki, spiker Kevin Makkarti Ukrayna xalqına sadiq qalacaq və onların Ukraynaya bu kritik anda kömək etmək üçün lazım olan dəstəyi almasını təmin edəcək”.

Qasım