Kadırovun oğlu Quranı yandıran şəxsi döydü, ara qarışdı
    • 4-10-2023, 14:16
    • 273

Kadırovun oğlu Quranı yandıran şəxsi döydü, ara qarışdı

Qroznıdakı 1 saylı istintaq təcridxanasında Çeçenistan Respublikasının rəhbəri Ramzan Kadırovun oğlu Adam Kadırov tərəfindən ictimai fəal Nikita Juravelin döyülməsi ilə bağlı araşdırma başlayıb.

News24.az Publika.az-a istinadən xəbər verir ki, bu barədə “Baza” Telegram kanalında məlumat yayıb.

Nəşrin əlində olan sənədlərə əsasən, araşdırmanı Qroznı şəhərinin Axmatovski rayonunun 1 saylı polis bölməsinin əməkdaşları aparır.

“İndi polis Adam Kadırovun əməllərində qanun pozuntusunun olub-olmamasına qərar verməlidir. İstintaqın gedişi Çeçenistan prokurorluğunun nəzarətindədir”, - məlumatda deyilir.

Sentyabrın 25-də Ramzan Kadırov Quranı yandırmaqda ittiham olunan şəxsin döyülməsi prosesini əks etdirən video yayımlayıb. Görüntülərdə Adamın stulda oturan kişiyə bir neçə dəfə zərbə vurması, o cümlədən başına təpik vurması əks olunub. Kadırov oğlunun bu hərəkətini təqdir edib.

Daha sonra Rusiya Prezidenti yanında İnsan Hüquqları Şurasının üzvü Eva Merkaçeva Lenta.ru-ya müsahibəsində döyülmə videosunun cinayətin sübutu olduğunu bildirib. Hüquq müdafiəçisi vurğulayıb ki, Rusiya hər kəsin qanun qarşısında bərabər olduğu hüquqi dövlətdir.