Ramzan Kadırovun kürəkəni nazir oldu - FOTO
    • 27-07-2023, 16:46
    • 372

Ramzan Kadırovun kürəkəni nazir oldu - FOTO

Çeçenistan rəhbəri Ramzan Kadırovun böyük qızı Ayşat Kadırovanın əri Visxan Matsuev Çeçenistan hökumətinin baş nazirinin yeni müavini və Çeçenistan Respublikasının kənd təsərrüfatı naziri olub. 

News24.az xarici mətbuata istinadən xəbər verir ki, Vişxan Matsuyevin namizədliyi Qroznıda keçirilən iclasda Çeçenistan hökumətinin sədri Müslüm Xuçiyev tərəfindən təklif edilib. Ramzan Kadırov bu təyinatı təsdiqləyib.

Qeyd edək ki, Visxat Matsuev yeni vəzifəyə təyin olunana qədər Əmlak və Torpaq Münasibətləri naziri olub. Bundan əvvəl o, Daxili İşlər Nazirliyinin Çeçenistan üzrə miqrasiya idarəsinin rəisi olub. Atası Zelimxan Matsuev Ramzan Kadırovun dostu və mühafizəçisi idi.