-
- 4-10-2023, 16:25
- 201
Bu ölkədə qısamüddətli ev kirayəsi qadağan EDİLDİ
İtaliyanın turizm şəhərlərindən biri olan Florensiya, turistlərin qısa müddətli qalması üçün yeni evlərin kirayəsini qadağan edib.
News24.az "Haberglobal"a istinadən xəbər verir ki, Florensiya Şəhər Şurasının dünən axşam qəbul etdiyi qərarla “Airbnb” kimi platformalar vasitəsilə qısa müddətli yaşayış üçün yeni evlərin kirayəsi qadağan edilib.
Şəhər Şurasının qərarına əsasən qısa müddətli kirayə modelindən imtina edən və evlərini uzunmüddətli kirayələrə açan ev sahibləri üçün mənzil vergisi endirimi də tətbiq olunacaq.
Florensiya meri Dario Nardella məsələ ilə bağlı vediyi açıqlamada şəhər sakinlərinin mənzil otellərində qalmaqdan şikayətləndiyini və bu qərarların yerli sakinlərin kömək çağırışlarına cavab olduğunu bildirib.
Nardella, bu qısamüddətli kirayələrin şəhərdəki kirayə qiymətlərini də artırdığını söyləyib:
“2016-cı ildə "Airbnb"də 6000-dən az mənzilimiz vardı. Bu gün demək olar ki, 14378 mənzilimiz var. Aylıq ev kirayəsinin orta qiyməti 42 faiz artıb”. “Təkcə keçən il qiymətlər 15,1 faiz artıb” deyə Dario Nardella qeyd edib.
Ülkər ABDURAHMANLI