-
- 19-03-2019, 16:26
- 899
Naxçıvanda 7 məhkum əfv edilib
Naxçıvanda 7 məhkum əfv edilib.
News24.az-ın məlumatına görə, özlərinin və ailə üzvlərinin Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədrinə müraciətlərinə əsasən bir qrup məhkum Novruz bayramı ərəfəsində əfv olunub.
Belə ki, məhkəmə qaydasında 4 məhkum cəzadan vaxtından əvvəl azad olunub, 3 məhkumun isə cəzası yüngülləşdirilib. Bu humanist addıma görə məhkumlar və onların ailə üzvləri dövlətə minnətdarlıqlarını bildiriblər.
Qeyd edək ki, Naxçıvan MR-da insan hüquq və azadlıqları, o cümlədən məhkumların hüquqları hərtərəfli şəkildə qorunur. Məhkumların yaşayış şəraiti, onlara verilən imtiyazların genişləndirilməsi, ərzaq təminatı və geyim ləvazimatları ilə təmin olunması daim dövlətimizin diqqət mərkəzində olub. Belə ki, Qarışıq Rejimli Cəzaçəkmə Müəssisəsində məhkumlar üçün müxtəlif peşə kursları açılıb, həmin kursları bitirən məhkumlara sertifikatlar verilib ki, bu da onların cəzadan azad olunandan sonra da müvafiq işlə təmin olunmalarına köməklik göstərir.
Bu illər ərzində dövlətin humanist addımları nəticəsində minlərlə məhkum əfv və amnistiya qərarlarına əsasən cəzadan azad olunub və ailələrinə qovuşublar.