Ombudsmanın vəsatətləri əsasında ötən il 54 məhkum əfv edilib
    • 18-04-2020, 14:39
    • 661

Ombudsmanın vəsatətləri əsasında ötən il 54 məhkum əfv edilib

Ombudsmanın vəsatətləri əsasında 2019-cu ildə 54 məhkum əfv edilib.

News24.az-ın məlumatına görə, bu, Azərbaycanın İnsan hüquqları üzrə müvəkkilinin (Ombudsman) 2019-cu il üzrə illik hesabatında yer alıb.

Məruzədə qeyd edilib ki, məhkumların və onların ailə üzvlərinin müraciətlərini nəzərə alaraq, Ombudsman müntəzəm qaydada Azərbaycan Respublikası Prezidenti yanında Əfv məsələləri komissiyasına əfvlə bağlı çoxsaylı vəsatətlər verib, bu vəsatətlər əsasında 2019-cu ildə 54 məhkum əfv edilib.