Məşhur şirkət bu səbəbdən işçiyə külli miqdarda təzminat ödədi - ŞOK RƏQƏM
    • 5-10-2023, 13:24
    • 232

Məşhur şirkət bu səbəbdən işçiyə külli miqdarda təzminat ödədi - ŞOK RƏQƏM

Londonun qərbindəki "Hounslow" şurasına məxsus olan "Coalo" adlı şirkətdə işləyən 60 yaşlı Mark Brosnan, belindəki zədə səbəbindən xəstəlik məzuniyyətinə çıxıb. 

 News24.az “Haberglobal”-a istinadən xəbər verir ki, bu zaman şirkət həmin şəxsi informasiya təhlükəsizliyinin qorunması üçün vatsap qrupundan çıxardıb.

Mark Brosnan bununla bağlı şirkət menecerlərinə müraciət etsə də, heç bir cavab ala bilməyib. Və o, bu hadisədən sonra işdən çıxarılıb. Əlacsız qalan Mark Brosnan məhkəməyə müraciət edib. 

Məhkəmə Mark Brosnana qarşı edilən bu davranışı ədalətsiz hesab etdiyinə görə, "Coala" şirkətinə təzminat olaraq 134,411 funt sterlinq təyin edib.

Ülkər ABDURAHMANLI