Mark Zukerberq üçüncü dəfə ata olacaq - FOTO
    • 21-09-2022, 20:57
    • 409

Mark Zukerberq üçüncü dəfə ata olacaq - FOTO

Mark Zukerberq üçüncü dəfə ata olacaq.

News24.az xəbər verir ki, Mark Zukerberq həyat yoldaşı Prissilla Çanın hamilə olduğunu özünün Facebook profilində bildirib.

“Gələn il Maks və Avqustun kiçik bacısı olacağını elan etməkdən məmnunuq”, - Zukerberq yazıb.

Qeyd edək ki, Mark Zukerberq və Prissilla Çan 10 illik münasibətdən sonra 2012-ci ildə evləniblər. Cütlüyün iki qızı var: 5 yaşlı Avqust və 6 yaşlı Maksim.