Emin Əmrullayev ilk müəllimini belə təbrik etdi - FOTO
    • 5-10-2023, 12:55
    • 470

Emin Əmrullayev ilk müəllimini belə təbrik etdi - FOTO

Elm və Təhsil naziri Emin Əmrullayev ilk müəllimini Müəllimlər Günü münasibətilə təbrik edib.

News24.az xəbər verir ki, bu barədə Elm və Təhsil naziri Emin Əmrullayev sosial şəbəkə hesabında paylaşım edib.

"Gülzar müəllimə - ilk müəllimim. Mənə ana dilimdə oxumağı və yazmağı öyrətmiş, vətən sevgisini aşılamış və ətrafda baş verənlərə laqeyd qalmamağı bir dəyər kimi formalaşdırmış insan! 

Müəllimlər günündə bir daha Sizə təşəkkürümü bildirirəm, əziz və sevimli Gülzar müəllimə!!!

Bayramınız mübarək!!!"

Qumral