Erməni deputat sülh sazişi haqda
    • 5-10-2023, 12:03
    • 203

Erməni deputat sülh sazişi haqda "Antiterror tədbirləri ilə məsələ həll olunub"

“Ermənistan-Azərbaycan münasibətlərində problemlər yaradan və təbii olaraq bu sazişin imzalanmasına mane olan xeyli sayda məsələlər var. Birinci problem demarkasiya və delimitasiya ilə bağlıdır, Ermənistan və Azərbaycanda yanaşmalar tamamilə fərqlidir”.

News24.az erməni mətbuatına istinadla xəbər verir ki, bunu Ermənistan parlamentinin deputatı Tiqran Abramyan deyib.

“Bir çox insanlarda belə bir təəssürat var ki, Qarabağ Ermənistanla Azərbaycan arasında sülhün bərqərar olması üçün problemdir. Belə deyil. Azərbaycanın son antiterror tədbirləri ilə bu məsələ tam həll olunub. Ermənistan rəhbərliyi bu reallığı qəbul edib”.

Abramyan qeyd edib ki, Zəngəzur dəhlizi ilə bağlı tərəflər arasında fikir ayrılıqları var.

“Sazişin imzalanmamasına səbəb Qarabağ deyil, bu, yanlış şəkildə gündəmə gətirilir”, - deyə o, yekunlaşdırıb.

Ayşən