-
- 4-07-2023, 13:47
- 285
Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin "skeleti" yaradıldı - Detallar
"Azərbaycan və Ermənistan arasında sülhyaratma prosesində hərəkətlənmə var. Hər iki ölkənin XİN başçılarının son görüşü sülh müqaviləsinin skeletini formalaşdırdı. Prinsipial müddəalar uzlaşdırıldı. Prosesdə ABŞ-nin də rolu az deyil".
Bu fikirləri News24.az-a açıqlamasında politoloq Qabil Hüseynli deyib.
O bildirib ki, sülh müqaviləsinin əldə olunması yolunda iki əngəl var: "Biri Azərbaycan ərazisindəki erməni seperatçıları, digəri isə Rusiya sülhməramlılarıdır. Sülhməramlılar bölgədə pozuculuq fəaliyyətlərini davam etdirirlər. Sülh müqaviləsi bağlanana qədər bu problemlər həll edilməlidir. Ərazilərimiz seperatçılardan təmizləndikdən sonra kommunikasiyaların açılması, delimitasiya və demarkasiya prosesi sürətlənə bilər".
Məhərrəm Əliyev