-
- 5-10-2023, 17:02
- 531
Qiymətlər aşağı salınsın! – Nazirdən ETİRAZ
Son günlər Türkiyədə ərzağın kəskib bahalaşması vətəndaşların etirazına səbəb olub.
News24.az "Sondakika.com" -a istinadən xəbər verir ki, bu da qardaş ölkədə alıcılıq qabiliyyətinin kəskin azalması ilə müşahidə olub.
Buna görə sözügedən ölkənin ticarət naziri Ömər Bolat diqqət çəkən bir addım atıb.
O, marketlərə endirim çağırışı edib.
Qida satıcıları ilə görüşlər keçirdiklərini ifadə edən nazir Bolat, marketlərdən böyük endirim kampaniyası gözlədiyini diqqətə çatdırıb.
Nazir Bolat inflyasiya ilə mübarizəni davam etdirəcəklərini bildirərək, "İnflyasiya ilə mübarizədə müvəffəqiyyətli olacağıq" deyə qeyd edib.
Dövlət rəsmisi vurğulayıb ki, əhəmiyyətli olan iqtisadiyyatı gücləndirməkdir.
"Qeydiyyatdan kənar fəaliyyətləri, haqsız qazancları, spekulyativ tətbiqləri və manipulyasiyaları nəzarət altına almağa, cəzalandırmağa və aradan qaldırmağa çalışırıq”,- deyə nazir diqqətə çatdırıb.
Ülkər ABDURAHMANLI