-
- 5-10-2023, 17:00
- 326
Ulu Öndərin 100 illik yubileyi ilə bağlı TƏDBİR - FOTO
Respublika Hərbi Prokurorluğu Dövlət Təhlükəsizliyi Xidməti (DTX) ilə birlikdə Ulu Öndərin 100 illik yubileyi münasibəti ilə tədbir keçirib.
News24.az xəbər verir ki, bu barədə Hərbi Prokurorluğun mətbuat xidmətindən məlumat verilib.
Dövlət Təhlükəsizliyi Xidmətinin N saylı hərbi hissəsində keçirilən tədbirdən əvvəl Ümummilli Lider Heydər Əliyevin və şəhidlərin əziz və unudulmaz xatirələri bir dəqiqəlik sükutla anılıb, Allahdan onlara rəhmət, qazilərə şəfa arzulanıb.
General-mayor Rövşən Muxtarov tədbiri açıq elan etdikdən sonra mərasimdə çıxış edən baş ədliyyə müşaviri Firad Əliyev, ədliyyə polkovniki Emil Kərimov və ədliyyə müşaviri Samir Əzimzadə əvvəlcə Baş Prokuror Kamran Əliyevin və Hərbi Prokuror Xanlar Vəliyevin salamlarını şəxsi heyətə çatdırıb.
Bundan sonra, adları çəkilən şəxslər istiqlal yolumuzu və firavan istiqbalımızı işıqlandıran, xalqını zamanın sərt sınaqlarından yüksək məharətlə çıxararaq, hər bir çətin vəziyyətdən ən düzgün çıxış yolu tapan nəhəng tarixi şəxsiyyət Heydər Əliyevin şərəfli və mənalı ömründən, çoxşaxəli və zəngin fəaliyyətindən, ölkəmizin qüdrətlənməsində, xalqın rifahının yüksəldilməsində müstəsna xidmətlərindən və dünya siyasətinə verdiyi töhfələrdən bəhs ediblər.
Çıxışçılar, eyni zamanda, Ulu Öndər Heydər Əliyevin Azərbaycanın parlaq gələcəyinə hesablanmış mükəmməl siyasətini yeni müstəvidə zamanın tələblərinə uyğun şəkildə uğurla davam etdirən Prezident İlham Əliyevin rəhbərliyi ilə son 20 il ərzində ölkəmizdə görülmüş misilsiz işlərdən, həyata keçirilmiş hərtərəfli köklü islahatlardan, bütün sahələrdə əldə olunmuş uğurlardan, bu uğurların əldə olunmasında Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın dəstəyindən və xalqın əzmkarlığından danışıblar.
Çıxışlarda, həmçinin Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə qazanılmış tarixi qələbə xüsusi vurğulanmaqla, Vətən müharibəsindən, uğurlu antiterror tədbirlərindən, prokurorluq orqanlarının, o cümlədən Hərbi Prokurorluğun Dövlət Təhlükəsizliyi Xidməti ilə qarşılıqlı səmərəli fəaliyyətindən bəhs edilib.