-
- 6-10-2023, 00:59
- 934
"Qarabağ" ikinci oyununda da QƏLƏBƏ QAZANDI
Bu gün UEFA Avropa Liqasının qrup mərhələsində 2-ci turun oyunları keçirilir.
News24.az xəbər verir ki, Azərbaycan təmsilçisi "Qarabağ" da növbəti oyununa çıxıb.
Qurban Qurbanovun komandası İsveçin "Hekken" klubunun qonağıdır.
Hazırda davam edən matçda Qurban Qurbanovun yetirmələri 1:0 hesabı ilə irəlidədir.
70-ci dəqiqədə Yassin Benzianın ötürməsini Juninyo qola çevirməyi bacarıb.
Qeyd edək ki, "Qarabağ" ilk oyunda doğma meydanda "Molde"ni 1:0 hesabı ilə məğlub etmişdi. Bu nəticədən sonra Avropada yeganə təmsilçimiz olan Ağdam klubu H qrupunda Almaniya təmsilçisi "Bayer"nlə eyni xal toplayaraq ilk pilləni bölüşür.