“Qarabağ” bu gün cavab oyununa çıxır
    • 17-08-2023, 09:40
    • 360

“Qarabağ” bu gün cavab oyununa çıxır

“Qarabağ” bu gün UEFA Avropa Liqasının III təsnifat mərhələsində cavab oyununu keçirəcək.

News24.az xəbər verir ki, Qurban Qurbanovun baş məşqçi olduğu komanda Finlandiyada HİK-in qonağı olacaq.
“Bolt Arena”da baş tutacaq qarşılaşma Bakı vaxtı ilə saat 20:00-da start götürəcək. Görüşü Fransadan olan FIFA referisi Villi Delajod idarə edəcək. İlk oyunda Azərbaycan təmsilçisi 2:1 hesabı ilə qalib gəlib.

UEFA Avropa Liqası, III təsnifat mərhələsi
Cavab oyunu
20:00. HİK – “Qarabağ”

Baş hakim. Villi Delajod (Fransa)
Helsinki. “Bolt Arena”
Qeyd edək ki, cütün qalibi növbəti raundda Sloveniya çempionu “Olimpiya” ilə üz-üzə gələcək.