Müdafiə Nazirliyi və Hərbi Prokurorluq nümayəndələri hərbi hissələrdə olublar
    • 19-03-2019, 19:36
    • 1 511

Müdafiə Nazirliyi və Hərbi Prokurorluq nümayəndələri hərbi hissələrdə olublar


Müdafiə Nazirliyinin və Respublika Hərbi Prokurorluğunun 2019-cu ilə dair birgə fəaliyyət planına əsasən, hər iki qurumun məsul əməkdaşları Novruz bayramı ərəfəsində cəbhəboyu zonada yerləşən hərbi hissələrdə olublar. News24.az saytı xəbər verir ki, onlar birlik, birləşmə və hərbi hissələrdə müxtəlif kateqoriyalardan olan hərbi qulluqçular, o cümlədən bilavasitə ön xətdə yerləşən bölmələrin şəxsi heyəti ilə görüşlər keçiriblər.

Yerli icra strukturları, ictimaiyyət nümayəndələri, rayon fəalları, veteranlar və valideynlərin iştirakı ilə keçirilən tədbirlər şəxsi heyətə bayram sovqatlarının çatdırılması və konsert proqramları ilə yekunlaşıb.