Respublika Günü münasibətilə Azərbaycan Ordusunda silsilə tədbirlər keçirilib
    • 28-05-2019, 15:18
    • 1 065

Respublika Günü münasibətilə Azərbaycan Ordusunda silsilə tədbirlər keçirilib

28 may - Respublika Günü münasibətilə Əlahiddə Ümumqoşun Ordusu, müxtəlif qoşun növləri, birlik, birləşmə və xüsusi təyinatlı təhsil müəssisələrində yerli icra hakimiyyəti orqanları və ictimai qurumların nümayəndələri ilə birgə tədbirlər təşkil olunub.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən News24.az-a verilən məlumata görə, təsdiq olunmuş plana əsasən hərbi hissələrdə keçirilən bayram konsertləri, viktorinalar, kütləvi hərbi vətənpərvərlik və digər tədbirlərdə şəxsi heyət, veteranlar, məktəblilər, tələbələr və ictimaiyyət nümayəndələri iştirak edib.