-
- 6-10-2023, 20:02
- 615
Dəhşətli yanğında xəsarət alanlardan XƏBƏR VAR-VİDEO
Bu gün Masallı şəhərində ticarət mərkəzində baş vermiş yanğınla bağlı TƏBİB-in tabeliyindəki Masallı Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə çağırış daxil olub. Dərhal hadisə yerinə 4 təcili yardım briqadası cəlb edilib.
News24.az xəbər verir ki, yanğında xəsarət alan 7 nəfər (kişi) təcili tibbi yardım briqadası tərəfindən Masallı Rayon Mərkəzi Xəstəxanasına təxliyə olunub.
Xəsarət alan şəxslərdən 6 nəfəri yanğın tüstüsünün təsiri, 1 nəfər isə sol saidin kəsilmiş yarası diaqnozu ilə xəstəxanaya daxil olub. Zərərçəkənlərə dərhal zəruri tibbi yardım göstərilib,1 nəfər müvafiq tibbi yardımdan sonra (sol saidin kəsilmiş yarası diaqnozu) ambulator müalicə üçün evə buraxılıb.
Digər 6 nəfərin müşahidədə saxlanılmaqla müalicəsi davam etdirilir.
Ətraflı RTV-də: