-
- 29-04-2023, 18:04
- 500
TƏBİB Ağstafada yol qəzasında xəsarət alanların vəziyyətini açıqlayıb
Bakı-Qazax magistral yolunun Ağstafa rayonu ərazisindən keçən hissəsində baş verən yol-nəqliyyat hadisəsi ilə əlaqədar TƏBİB-in tabeliyindəki "113" Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının həkim briqadaları əraziyə cəlb edilib.
TƏBİB-dən News24.az-a verilən xəbərə görə, xəsarət alan 8 nəfər (5-i kişi cinsi, 3-ü qadın cinsi olmaqla) Ağstafa Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Onlara ilkin tibbi yardım göstərilib və Qazax Rayon Mərkəzi Xəstəxanasına təxliyə olunublar.
Daha sonra xəsarət alan 1 nəfər (cinsi kişi olmaqla) Qazax Rayon Mərkəzi Xəstəxanasına müraciət edib. Hazırda xəsarət alan şəxslərə tibb müəssisəsinin müvafiq şöbələrində zəruri tibbi xidmətlər göstərilir. Vəziyyətləri stabildir.
Qeyd edək ki, "Toyota" və "VAZ 2107" markalı avtomobillərin toqquşması nəticəsində 3 nəfər ölüb, 8 nəfər yaralanıb.