-
- 6-10-2023, 20:34
- 324
Hakan Fidandan ŞOK xəbərdarlıq: Uzaq durun, yoxsa...
Türkiyənin xarici işlər naziri Hakan Fidan terrorla mübarizədə sərt addımlar atılacağı barədə mühüm mesajlar verib.
News24.az Referans.az-a istinadən xəbər verir ki, o, üçüncü tərəflərə sərt xəbərdarlıq edib.
Türkiyənin baş diplomatı təcavüzkarlara veriləcək cavabların qətiyyətli olacağını deyib. O əlavə edib ki, Ankarada terror aktı törədənlər buraya Suriyadan gəlib.
Qeyd edək ki, Hakan Fidan terror təşkilatı PKK/YPG-nin bütün infrastruktur, obyekt və mövqelərinin bundan sonra legitim hədəf olduğunu açıqlayıb. O, üçüncü tərəflərə PKK-YPG obyektlərindən və terrorçulardan uzaq durmağı məsləhət görüb: "Türkiyə Silahlı qüvvələri terror hücumuna qəti cavab verəcək və onlar törətdikləri əməllərə görə peşman olacaqlar”.
Xatırladaq ki, oktyabrın 1-də PKK terrorçuları Ankarda terror aktı törədib. Hadisə nəticəsində iki polis əməkdaşı yaralanıb. Terrorçulardan biri xəsarət alıb, digəri isə ölüb.