"Survivor"da qalib olmaq üçün cinsi əlaqəyə girdi
    • 20-03-2019, 17:46
    • 3 569

"Survivor"da qalib olmaq üçün cinsi əlaqəyə girdi

"Survivor" yarışmasının iştirakçısı Ecem Karaağac məhkəməyə müraciət edib.

News24.az
xəbər verir ki, buna səbəb E.Karaağacın aldadılması olub. Yarışmaya qatılacağını sosial şəbəkə hesabında bildirən Karaağaca izləyicilərindən biri "Sənə enerji lazımdır. Tanıdığın şəxs sənə enerji yükləməsi etsə yarışmada birinci olarsan" sözlərini yazıb. Təklifi qəbul edən zərərçəkmiş enerji qəbulu adı ilə qarşı tərəflə dəfələrlə cinsi əlaqədə olub. Yarışmadan çox tez ayrılan Ecem Karaağac aldadıldığını anlayıb və məhkəməyə müraciət edib. Cinsi istismara məruz qaldığını bildirən yarışmaçı həmin şəxsin cəzalandırılmasını istəyib.

Teymur MƏMMƏDOV