-
- 7-10-2023, 10:39
- 1 017
Aqil Abbasın səhhəti ilə bağlı YENİ XƏBƏR - ÖZƏL
Milli Məclisin deputatı Aqil Abbasın səhhətində problem yarandığı barədə sosial şəbəkələrdə məlumat yayılıb. Millət vəkilinin hazırda Türkiyədə müalicə aldığı deyilirdi. Aqil Abbasın hansı xəstəlikdən müalicə aldığı barədə isə məlumat verilməyib.
Məsələni dəqiqləşdirmək üçün Aqil Abbasın köməkçisi Ceyhun Rüstəmov ilə əlaqə saxladıq.
Ceyhun Rüstəmov News24.az-a açıqlamasında bildirdi ki, Aqil Abbasın səhhətində heç bir peoblem yoxdur:
"Aqil müəllimin səhhətində heç bir problem yoxdur. Sadəcə olaraq ümumi yoxlanış məqsədi ilə Türkiyəyə gedib".
Xatırladaq ki, Aqil Abbas Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin və Mədəniyyət komitəsinin üzvüdür. Albaniya, Meksika, Pakistan, Türkiyə parlamentləri ilə əlaqələr üzrə işçi qruplarının üzvüdür. Azərbaycan Respublikası Milli Məclisinin və Rusiya Federasiyası Federal Məclisinin ikitərəfli əməkdaşlığı üzrə parlamentlərarası komissiyanın üzvüdür.
Qumral Əliyeva