-
- 8-10-2023, 18:20
- 239
Dövlət qulluğunda inzibati icraçı vəzifələr üzrə test imtahanı keçirilib -VİDEO
Dövlət İmtahan Mərkəzi tərəfindən dövlət qulluğunda inzibati icraçı vəzifələrə (B növü) aid olan vəzifə qrupları üzrə test imtahanı keçirilib.
Bu barədə News24.az- DİM-dən bildirilib.
İmtahan kağız daşıyıcılar vasitəsilə Bakı və Naxçıvan şəhərlərində 8 binada təşkil olunub. İmtahanının keçirilməsi üçün 8 ümumi imtahan rəhbəri, 24 imtahan rəhbəri, 188 nəzarətçi‑müəllim, 30 buraxılış rejimi əməkdaşı ayrılıb.
Oktyabrın 9-dan etibarən DİM-də imtahan protokolları və cavab kartlarının emalı aparılacaq.
İmtahan nəticələri yaxın 2 gün ərzində elan olunacaq.
Ətraflı RTV-də: