Puqaçova və Qalkin İsraildən qaçır
    • 9-10-2023, 00:29
    • 214

Puqaçova və Qalkin İsraildən qaçır

Məşhur müğənni Alla Puqaçova və həyat yoldaşı Maksim Qalkinin Təl-Əvivin hava limanından çəkilmiş fotosu yayılıb.

News24.az Kult.az-a istinadən xəbər verir ki, Teleqram kanallarında paylaşılan fotoda cütlüyün harasa getdiyi görünür.

Ehtimal edilir ki, Alla Puqaçova və Maksim Qalkin Fələstin-İsrail müharibəsinə görə İsraili tərk etmək qərarına gəliblər. Onların hara gedə biləcəyi haqda bilgi yoxdur.

Qeyd edək ki, Alla Puqaçova Rusiya-Ukrayna savaşı başlayandan sonra İsrailə köçmüşdü.