"Ermənipərəstliyi ilə seçilən Fransa etibarsız ölkədir" – Politoloqdan AÇIQLAMA
    • 9-10-2023, 12:20
    • 189

"Ermənipərəstliyi ilə seçilən Fransa etibarsız ölkədir" – Politoloqdan AÇIQLAMA

Bildiyimiz kimi, Fransa İkinci Qarabağ müharibəsi dövründə Azərbaycanın ərazi bütövlüyünə hömətsizliyin ən yüksək həddini nümayiş etdirdi.

Bununla belə, Avropa Parlamentinin Azərbacayana qarşı sanksiyaların tətbiqi barədə qətnamə qəbul eədrkən Fransa Prezidenti Emmanuel Makron bunu səhv addım olduöunu dilə gətirib və qeyd edib ki, vəziyyətin sabitləşdirilməsi və mövcud gərginliyin aradan qaldırılması üçün Azərbaycanla sülh dilində danışmaq lazımdır. 

Bəs Fransaya etibar etmək olarmı?

Bu sualın cavabını News24.az-a açıqlamasında politoloq Qabil Hüseynli cavablandıraraq bildirdi ki, Fransa etibarsız ölkədir.

Onun sözlərinə görə, özünü yalandan insan haqlarının və beynəlxalq hüququn müdafiəçisi kimi qələmə verən Fransa Ermənistanın ən yaxın tərəfdaşı və erməni seperatizminin dəstəkçisidir  və buna görə də Makronun dediklərinə güvənmək olmaz: "O sadəcə olaraq siyasi manevr edir".

Politoloq vurğuladı ki, Fransa Azərbaycana və bütün türk dünyasına nifrət edən ölkə olduöğu üçün bölgəmizə vəd etdiyi siyasət isə sülhün və təhlükəzizliyin təmin olumasına deyil, qarşıdurmaların daha da artmasına xidmət edir.

Q. Hüseynli sonda onu da əlavə etdi ki, Emmanuel Makron Fransa tarixində yeganə prezidentdir ki, ermənipərəst mövqeyi ilə seçilib: "Makronun bir sözünə inanaraq addım atmaq olmaz".

Ülkər ABDURAHMANLI