Fransa Erməni Soyqırımının anım gününü rəsmən qəbul etdi
    • 11-04-2019, 17:34
    • 1 306

Fransa Erməni Soyqırımının anım gününü rəsmən qəbul etdi

Fransa prezidenti Emmanuel Makron qalmaqallı qərar qəbul edib.

News24.az Türkiyə KİV-nə istinadən xəbər verir ki, qərara əsasən 24 aprel tarixi Ermənilərin soyqırımının anım günü kimi qeyd olunacaq.

Məsələyə ilk münasibət Türkiyədən gəlib. Xarici İşlər naziri Mevlüt Çavuşoğlu Fransa prezidentinin 24 aprel qərarnaməsinin Avropa İnsan Haqları Məhkəməsinin və Fransa Ali Məhkəməsinin qərarlarına zidd olduğunu açıqlayıb. O, “Emmanuel Makron ermənilərə verdiyi sözü yerinə yetirməyə çalışarkən populizm edir. İlk olaraq, qaranlıq keçmişinə baxsın. Ruanda soyqırımından 25 il vaxt keçib”.