-
- 9-10-2023, 12:47
- 404
İlham Mirzəyevin bu sözünə görə “Space”ə xəbərdarlıq edildi - VİDEO
Oktyabrın 9-da Azərbaycan Respublikası Audiovizual Şurasının onlayn formatda iclası keçirilib.
News24.az xəbər verir ki, iclasda Şuranın Audiovizual proqramların monitorinqi və təhlili şöbəsinin mütəmadi həyata keçirdiyi monitorinq nəticəsində “Space TV”-nin efirində aşkarlanmış qanun pozuntusu faktı müzakirə olunub.
Belə ki, “Space Müstəqil Televiziya və Radio Şirkəti” MMC-nin “Space TV” televiziya redaksiyasının efirində 04 oktyabr 2023-cü il tarixində “Yaxşıya doğru” proqramının yayımı zamanı (saat 12.19-da) proqramın aparıcısı (İlham Mirzəyev-red.) hüquq-mühafizə orqanları tərəfindən şübhəli şəxs qismində istintaqa cəlb edilmiş vətəndaş barədə “... cinayətkardır...” ifadəsini işlədib ki, bununla da, "Media haqqında" Azərbaycan Respublikasının Qanununun 14.1.14-cü maddəsinin tələbi (məhkəmənin qərarı olmadan şəxsin təqsirli olması barədə məlumatların dərc edilməsinə (yayımlanmasına) yol verilməməlidir) pozulub.
Aparılan müzakirələrdən sonra Azərbaycan Respublikası Audiovizual Şurası “Space Müstəqil Televiziya və Radio Şirkəti” MMC-yə bir daha belə halın təkrarlanacağı təqdirdə inzibati sanksiya tətbiq ediləcəyi ilə bağlı xəbərdarlıq edib