“Space” televiziyasının efiri 3 saatlıq DAYANDIRILACAQ
    • 20-05-2020, 18:35
    • 967

“Space” televiziyasının efiri 3 saatlıq DAYANDIRILACAQ

Milli Televiziya və Radio Şurasının iclası keçirilib.

Şuradan News24.az-a verilən xəbərə görə, iclasda 11-17 may tarixlərində ümum-ölkə televiziya kanallarının monitorinqinin nəticələri müzakirə olunub. 

13 may 2020-ci il tarixdə “Space” televiziya kanalının efirində saat 23.00 – 24.00 arası müddətdə 18 dəqiqə reklam yayımlanması ilə “Televiziya və radio yayımı haqqında” Azərbaycan Respublikasının Qanununun 35.7-ci maddəsinin tələbləri pozulmuşdur. Şura həmin Qanunun 23.1-ci maddəsini rəhbər tutaraq “Space” televiziya kanalının efirində 4 iyun 2020-ci il tarixdə proqramların yayımının 3 saatlıq müddətədək (saat 08:00-dan saat 11:00-dək) dayandırılması haqqında qərar qəbul edilib.