Bayramda avtovağzaldan yola salınan sərnişinlərin sayı açıqlanıb

Bayramda avtovağzaldan yola salınan sərnişinlərin sayı açıqlanıb İqtisadiyyat
Bayram günlərində Baki Beynəlxalq Avtovağzal Kompleksindən bölgələrə yola salınan sərnişin sayı haqqında statistik məlumat açıqlanıb.

News24.az
xəbər verir ki, martın 18-də, ümumilikdə 514 reyslə 14 300 sərnişin yola salınıb. 2100 sərnişin biletləri öncədən online ve qabaqcadan satış kassalarından əldə edib. Martın 19-da 584 reyslə 17 800 sərnişin yola salınıb. Öncədən bilet alanların sayı isə 5000 nəfər təşkil edib. Martın 20-da isə 513 reyslə 14 742 sərnişin daşınıb. Həmin gün biletləri öncədən əldə edən sərnişinlərin sayı isə 3303 nəfərdir. Martın 21-dən bu saata qədər isə 6000-ə yaxın sərnişin daşınıb. Amma gün ərzində bu sayın 13-14 min olması gözlənir.

Sevinc YASİNQIZI