-
- 10-10-2023, 10:29
- 283
“TDT-nin yaradılmasının məqsədi...” - AÇIQLAMA
“Türk Dövlətləri Təşkilatının yaradılması böyük bir irsin qorunması məqsədi daşıyır”.
News24.az xəbər verir ki, bu fikirlər Türk Dövlətləri Təşkilatının baş katibinin müavini Sədi Cəfərova məxsusdur.
“Yaşanılabilən və dayanıqlı irs şəhərləri” (“Livable and Sustainable Heritage Cities”) mövzusunda beynəlxalq konfransda çıxışında səsləndirib:
“Bu, memarlıq abidələrinin mühafizə olunaraq gələcək nəsillərə ötürülməsi məqsədi daşıyır. Türk şəhərlərinin idarəetmə qurumlarının əməkdaşlığı bu sahədə təcrübə mübadiləsinə, obyektlərin bərpası ilə yanaşı, onlar üzərində elmi tədqiqatların aparılmasına imkan verəcək. Şəbəkənin yaradılmasında əsas məqsəd Türk Dövlətləri Təşkilatına üzv və müşahidəçi statusunda olan ölkələrin tarixi şəhər və qoruqları arasında mədəni irsin qorunması, bərpası, o cümlədən təşviqi sahəsində əməkdaşlığın genişləndirilməsidir”.
O söyləyib ki, bu sahədə əməkdaşlıq gələcəkdə də güclənəcək.
Fərid Azəri