-
- 10-10-2023, 10:14
- 265
"Əsas hədəfimiz..." - Şahin Seyidzadə
Ölkə başçısının xüsusi qayğısı nəticəsində bu gün İçərişəhər göz oxşayır. Bu gün Türk Dövlətləri ilə birgə toplaşmağımızın səbəbi dayanıqlı, mədəni irsin qorunması sahəsində müzakirələr aparmaqdır.
News24.az xəbər verir ki, bu fikirləri “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin Türk Dövlətləri Təşkilatı ilə birlikdə təşkil edəcəyi “Yaşanılabilən və Dayanıqlı İrs Şəhərləri” (“Livable and Sustainable Heritage Cities”) mövzusunda beynəlxalq konfransda çıxış edən “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin İdarə Heyətinin sədri Şahin Seyidzadə deyib.
O bildirib ki, coğrafiyasında asılı olmayaraq abidələrin, irsin korlanması məsələsinə xüsusi diqqət ayrılır:
"Bu istiqamətdə çağırışların qarşısını almaq, mədəni irsin gələcəyə ötürülməsinə və yeni metodlara ehtiyac var. UNESCO-nun mədəni irs siyahısına ilk daxil edilən İçərişəhər Qoruğu bu istiqamətdə bütün qurumlarla əməkdaşlığa hazırdır. İçərişəhərdə yerli və xarici abidələrin qorunması həyata keçirirlir. Çalışırıq ki tarixin qorunması orijinallığı qorunaraq edilir"
O həmçinin konfransın hədəflərindən danışıb:
"Əsas hədəfimiz İçərişəhər memarlıq üslubunun qorunmasıdır. Bərpa və restavrasiya sahəsində tərəfdaşlarla birlikdə gənc bərpaçıların biliklərinin artırılmasıdır.
İkinci hədəf incəsənətə önəm verərək gənclərin taxta, İpək üzərində əl işlərinin hazırlanmasıdır. Qurama ənənəsinin təbliğinə geniş yer ayrılmışdır. BiZ türk dövlətlərinə bu istiqamətdə də bizimlə birgə əməkdaşlıq etməyə çağırırıq".
Fərid Azəri