-
- 22-03-2019, 11:17
- 964
Yeni Zelandiyanın baş nazirindən müsəlmanlara dəstək
Yeni Zelandiyada məscidlərə edilən hücum zamanı 50 nəfərin öldürüldüyü hadisədən sonra bu gün ilk cümə namazı qılınıb.
News24.az xəbər verir ki, müsəlmanlara dəstək məqsədi ilə qılınan namaz beynəlxalq telekanallar vasitəsi ilə canlı yayımlanıb.
Yeni Zelandiyanın Baş naziri Casinda Ardern qatıldığı cümə namazında qısa nitq söyləyib. O, sözlərinə Həzrəti Məhəmməd Peyğəmbərin hədisi ilə başlayıb:
“Hz.Məhəmməd deyib: “Qarşılıqlı şəfqət, mərhəmət və simpatiyaları ilə inananlar bir bədən kimidir. Vücudun hansısa bir yeri ağrısa bütün bədən həmin ağrını hiss edər”. Əziz müsəlmanlar, Yeni Zelanda sizinlə birlikdədir. Bu, hamımızn yasıdır”!
Müsəlmanlara dəstək həm Yeni Zelandiyalı digər sakin qadınlardan da gəlib. Onlar cümə namazı qılınan yerə başlarını yaylıqla örtərək gəliblər.
Qeyd edək ki, baş verən insidentdən sonra Yeni Zenlandiya əhalisinə yarı avtomatik hərbi silahlardan istifadənin qadağası barədə elan verilib. Qanun aprelin 11-i qüvvəyə minəcək. Eləcə də silahı olan kəslərə aldıqları məbləğ geri ödənilərək, silahlar dövlət tərəfindən müsadirə olunacaq.