-
- 22-11-2024, 23:35
- 621
Yaşı tamam olsa da pensiya təyin olunmayanlar nə etməlidirlər? - CAVAB
Lent.az-ın "bir sual, bir cavab" rubrikasında növbəti mövzu yanlış göstərilən tibbi xidmət ilə bağlıdır.
Yaşı tamam olmasına baxmayaraq, avtomatik (proaktiv rejimdə) pensiya təyinatı aparılmadığı təqdirdə şəxslər nə etməlidirlər?
Əmək pensiyası hüququ olan şəxslər bu hüququn yarandığı gündən sonra əgər avtomatik (proaktiv rejimdə) pensiya təyinatı aparılmamışdırsa, yaşayış yeri üzrə, istənilən vaxt əmək pensiyasının təyin olunması üçün Dövlət Sosial Müdafiə Fondunun yerli struktur bölmələrinə və DOST mərkəzlərinə müraciət edə bilərlər. Müraciət onların adından bu məqsədlə vəkalət verilmiş nümayəndələri tərəfindən də edilə bilər.